Ölkəyə 166,7 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal olunub

2021.12.24 17:52 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkəyə 166,7 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 347,8 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 316 milyon dollar olmaqla 183,6 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.