Hava nəqliyyatı ilə sərnişindaşıma 81,2 faiz artıb

2021.12.24 14:36 (UTC+04:00)

Yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 1 milyon 3,3 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 81,2 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.