Yanvar-noyabr aylarında dəniz limanlarında 8 milyon 101 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 7 milyon 741,4 min tonunu və ya 95,6 faizini tranzit yüklər təşkil edib. Dekabrın 1-nə limanlarda qalan yüklərin həcmi 212,2 min ton olub.
On bir ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 17,7 faiz azalaraq 15,8 min nəfər təşkil edib.