Xalqın inam və sevgisinə arxalanaraq…
2021.12.24 12:00 (UTC+04:00)
Prezident İlham İlham Əliyenin adı müasir tariximizdə qüdrətli dövlət başçısı, güclü lider, müzəffər Ali Baş Komandan kimi şərəflə çəkilir.
Müstəqil Azərbaycan 18 ildir ki, uğurla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
18 il dövlətçilik baxımından elə də böyük bir dövr olmasa da, bu zaman keçidi xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, respublikamızın ardıcıl inkişafının təmin edilməsi, müstəqilliyinin daha da möhkəmləndirilməsi, tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir. Dövlətimizin başçısı cənab İlham Əliyev müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir.
18 ildə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan vermişdir. Uzun illər ərzində Azərbaycanın xarici siyasət institutunun qarşısında duran bir nömrəli məsələ artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli olmuşdur.
Cənab Prezident!
Bu gün Azərbaycan möhtərəm müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə ən uca zirvələri fəth edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Sizə ünvanladığı yubiley təbrikində deyildiyi kimi: “Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.
Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz”.
Daim yaşayın, əbədi var olun, cənab Prezident!
Doğum gününüz mübarək!