Nəzarət-kassa aparatlarının tətbiqi

2022.01.07 11:28 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, Azərbaycan Respublikasının ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş yeni nəsil nəzarət-kassa aparatlarının (e-kassa) modellərinin tətbiqinə icazə verilir.

Qeyd edək ki, həm dövlət reyestrinə daxil edilmiş e-kassalar, həm də qeydiyyata alınmış e-kassa operatorları barədə məlumatları www.e-kassa.gov.az portalının “Reyestrə salınmış e-kassaların siyahısı” və “E-kassa operatorları və kassaların stoku” alt menyularından əldə etmək olar.