Qara metallar və onlardan hazırlanan məmulatların ixracı iki dəfəyədək artıb

2021.12.23 18:33 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında 137,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, hesabat dövründə ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 106,6 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2020-ci ilin on bir ayında 46,6 milyon dollarlıq 72,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.