On bir ayda ixrac edilən plastmas və onlardan hazırlanan məmulatların həcmi açıqlanıb

2021.12.23 18:11 (UTC+04:00)

2021-ci ilin yanvar-noyabr aylarında 354,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 372,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 137,3 milyon dollar dəyərində 179,6 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.