“AzerGold”un fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruqqazma işləri icra edilib

2021.12.23 17:49 (UTC+04:00)

Hasilat həcminin artırılması, ixracın genişləndirilməsi ilə yanaşı resursların artırılması istiqamətində də fasiləsiz olaraq işlər aparılıb. Fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruqqazma işləri icra olunub.

Bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Z.İbrahimov diqqətə çatdırıb ki, istismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən, qızıl ekvivalentində unsiya olaraq (179 min unsiyadan 4 milyon 447 min unsiyaya qədər), ümumilikdə 24 dəfə artırılıb.