Gömrükdə aksiz vergisi üzrə büdcə daxilolmaları 4 dəfəyə yaxın artıb

2019.04.08 15:45 (UTC+04:00)

Bu ilin ilk üç ayında Dövlət Gömrük Komitəsinin topladığı rüsum və vergilərin ümumi məbləği 12 milyon 359 min manat artıb. Komitədən verilən məlumata görə, 2019-cu ilin mart ayında bu sektordan büdcə daxilolmaları 348 milyon 391,7 min manat təşkil edib, fevralda isə bu məbləğ 336 milyon 32,6 min manat olub. Martda büdcə daxilolmalarının 78 milyon 669,9 min manatı gömrük rüsumlarının payına düşüb. Həmin ay toplanılan əlavə dəyər vergisinin məbləği 218 milyon 165,1 min manat olub, aksiz vergisinin məbləği isə 4 dəfəyə yaxın artaraq 12 milyon 48,5 min manatdan 48 milyon 162.3 min manata çatıb. Bu müddətdə yol vergisi də 217,5 min manat artaraq 3 milyon 394,4 min manat olub.