Meyvə-tərəvəz ixracı cüzi artıb

2021.12.23 14:37 (UTC+04:00)

Yanvar-noyabr aylarında 565,4 min ton meyvə-tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 549,7 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 549,5 milyon dollar olmaqla 550,6 min ton meyvə-tərəvəz ixrac edilib.