“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun dekabrın 24-də “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçiriləcək.
KOBİA-dan bildirilib ki, iclasda İşçi Qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların və qərara alınmış məsələlərin icra vəziyyətinin, 2021-ci il üzrə fəaliyyətin planında nəzərdə tutulan tədbirlər üzrə görülmüş işlərin və icrası tamamlanmayan tədbirlərin mövcud statusunun və onların yekunlaşdırılması ilə bağlı görüləcək işlərin, eləcə də 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi planlaşdırılır.