KOBİA tikinti xammal ehtiyatlarından səmərəli istifadə olunmaqla sahibkarlıq fəaliyyətinin qurulmasında maraqlıdır

2021.12.23 13:50 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tikinti xammal ehtiyatlarından səmərəli istifadə olunmaqla sahibkarlıq fəaliyyətinin qurulmasında və inkişaf etdirilməsində maraqlıdır.

KOBİA-dan bildirilib ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Ağdağ Natural Gipskarton Lövhələri Zavodunun təqdimatına həsr olunmuş tədbirdə deyib. O, yeni istehsal müəssisələrinin yaradılmasının sənayenin inkişafı, idxaldan asılılığın azaldılması və məşğulluğun təmin edilməsindəki önəmi barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Ağdağ Natural Gipskarton Lövhələri Zavodu qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək.