On bir ayda dəniz nəqliyyatı ilə 740,7 min ton yük daşınıb

2021.12.23 13:30 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 740,7 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 657,4 milyon ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, on bir ayda dəniz nəqliyyatı ilə ixrac olunan 283,5 min ton yükün dəyəri 138,5 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 457,1 min tondan çox, dəyəri isə 518,8 milyon dollar olub.