Noyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

2021.12.23 13:02 (UTC+04:00)

Cari ilin noyabrında Azərbaycana idxal olunan avtomobillərin sayı 8824 ədəd, dəyəri isə 90 milyon 997 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 27-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 8324-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 453-ü yük daşımaq üçün, 20-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.