Bu il 61,5 min unsiya qızıl, 135 min unsiyadan çox gümüş hasil edilib

2021.12.23 12:46 (UTC+04:00)

Cari ildə 61,5 min unsiya qızıl hasil edilib. Bu, ötən illə (60 min unsiya qızıl) müqayisədə 2 faiz çoxdur.

Bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

O bildirib ki, yanvar-dekabr ayları ərzində 135 min unsiyadan çox gümüş hasil edilib ki, bu da ötən illə (121 min unsiya gümüşlə) müqayisədə 11 faiz artıqdır.