Noyabrda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 637 min 884 ton yük daşınıb ki, bu yüklərin dəyəri 308,8 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 260 min 891 ton yükün dəyəri 112,7 milyon dollar təşkil edib.
Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 376 min 993 ton, dəyəri isə 196 milyon dollar olub.