Bu ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 405 milyon ABŞ dollarından çox olub.
Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.
On bir ayda Azərbaycandan Belarusa ixracın dəyəri 291 milyon dollar, idxalın dəyəri isə 114,3 milyon dollar təşkil edib.