Gənc sahibkarlara dəstək məqsədilə həyata keçirilən və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəklədiyi “Yeni Nəsil” layihəsinin yekunlarına dair tədbir keçirilib.
KOBİA-dan bildirilib ki, “Youth İnc”in təşkilatçılığı ilə keçirilmiş tədbirdəki çıxışında agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinin və biznes düşüncə tərzinin təşviqinin qurumun fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, KOBİA KOB inkişafı mərkəzləri, “Startap” şəhadətnaməsi, onlayn təlim platforması, www.kobmarket.az portalı, qrant müsabiqələri və s. dəstək və xidmətlər çərçivəsində gənc sahibkarları və startapları dəstəkləyir.