Noyabrda Azərbaycandan Avropa İttifaqı ölkələrinə 1,7 milyard dollarlıq məhsul göndərilib

2021.12.22 18:28 (UTC+04:00)

Noyabrda Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 1 milyard 788,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd edilən dövrdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 155,1 milyon dollar təşkil edib.