Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7 faiz artıb

2021.12.22 17:59 (UTC+04:00)

On bir ayda Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 7 faiz artıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

Nazir müavini bildirib ki, yanvar-noyabr aylarında ticarət dövriyyəsi 4,2 milyard ABŞ dolları olub. Bu il qüvvəyə minən tərcihli ticarət sazişi ilə bir sıra məhsullarda gömrük rüsumu illik tarif kvotaları çərçivəsində sıfır faizə endirilib. Hazırda sazişin miqyasının genişləndirilməsi istiqamətində müzakirələr aparılır.