Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupunun iclası keçirilib

2021.12.22 17:34 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, iclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov işçi qrupun ötən dövrdəki fəaliyyətindən bəhs edib və növbəti ildə görüləcək işləri diqqətə çatdırıb.

İşçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planı layihəsində nəzərdə tutulan tədbirlər müzakirə edilib. Eyni zamanda, 2021-ci il üzrə Fəaliyyət Planının icra statusu işçi qrupunun üzvlərinin diqqətinə çatdırılıb.

İclasda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən növbəti ilin Fəaliyyət Planının təkmilləşdirilməsi və görüləcək işlərlə əlaqədar müzakirələr aparılıb.