Cari ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artaraq 823,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,9 faizi hüquqi şəxslərin, 48,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 28,3 faiz artaraq 419,9 milyon manat təşkil edib.