Bu ilin on bir ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 456,1 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 31,4 faiz, toxuculuq sənayesində 30,5 faiz artım, geyim istehsalında isə 16,4 faiz azalma müşahidə olunub.