Qeyri-neft-qaz məhsullarının ixracı artıb

2021.12.22 16:08 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 42,2 faiz, real ifadədə 31 faiz artaraq 2053,6 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (24,8 faiz), İsveçrəyə (9 faiz), Gürcüstana (6,4 faiz), ABŞ-a (2,9 faiz), Braziliyaya (2,3 faiz), Ukraynaya (2,1 faiz), Qazaxıstana (1,5 faiz), Çinə (1,4 faiz), İtaliyaya (1,3 faiz), Belçikaya (1,3 faiz), Niderlanda (1,2 faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1 faiz), Birləşmiş Krallığa (1 faiz), İrana (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.