Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı artıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.
Nazir bildirib ki, bu ilin 11 ayında Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı artaraq 517 milyon kilovat-saat olub. “Hazırda qlobal enerji sektorunda iqlim dəyişikliyindən qaynaqlanan transformasiya prosesi baş verir. Milli səviyyələrdə qlobal enerji trendlərini nəzərə alan hədəflər müəyyənləşir. Elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səyləri artırılması aktuallaşır”, - deyə Pərviz Şahbazov vurğulayıb.