2007-ci ildən Türkiyəyə “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb

2021.12.22 15:41 (UTC+04:00)

2007-ci ildən Türkiyənin qaz bazarına “Şahdəniz” yatağından 85 milyard kubmetrdən çox təbii qaz ötürülüb.

Bu barədə energetika naziri Pərviz Şahbazov dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

Nazir “STAR” Neft Emalı Zavodu, Petkim kimi layihələrin timsalında ölkəmizin Türkiyədəki investisiya fəaliyyətindən danışaraq deyib: “Azərbaycanın Türkiyədəki sərmayəsi 19 milyard dollardan çoxdur. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”.