Pərviz Şahbazov: 11 ayda Türkiyəyə nəql olunmuş təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb

2021.12.22 15:29 (UTC+04:00)

On bir ayda Türkiyəyə nəql olunmuş təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb.

Bu barədə energetika naziri Pərviz Şahbazov dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

Nazir bildirib ki, Türkiyəyə 2018-ci ilin iyulundan bu ilin dekabrınadək TANAP-la 13,6 milyard kubmetr təbii qaz nəql olunub. Həmçinin bu ilin 11 ayında qardaş ölkəyə nəql olunmuş 7,7 milyard kubmetr təbii qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb.