On bir ayda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 3,4 faiz artıb

2021.12.22 14:59 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 46 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,2 faiz artaraq 44,3 milyard manata bərabər olub, onun 48,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 417,6 manat və ya 2020-ci ilin eyni dövrünə nisbətən nominal ifadədə 35,2 manat çox vəsait xərcləyib.