Emal sənayesində 14,6 milyard manatlıq məhsul istehsal edilib

2021.12.22 14:48 (UTC+04:00)

Emal sənayesində yanvar-noyabr aylarında 14 milyard 648,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 53,4 faiz, qida məhsullarının istehsalında 11,3 faiz, içki istehsalında isə 3,7 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 44,8 faiz, kərə yağının istehsalı 5,1 faiz, kolbasa məmulatlarının istehsalı 4,9 faiz artıb, duru bitki yağlarının istehsalı 0,2 faiz, marqarin istehsalı isə 3,6 faiz azalıb.