Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

2021.12.22 13:17 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,79 dollar bahalaşaraq 75,83 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.