2021-ci ilin yanvar-noyabr aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 39,2 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, sənaye məhsulunun 76,4 faizi mədənçıxarma, 20,6 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,8 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8 faiz olub. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 306,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,2 milyon manat məbləğində digər məhsullar da var.