On bir ayda kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 9,6 milyard manat olub

2021.12.22 12:22 (UTC+04:00)

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 11 ayı ilə müqayisədə 78,7 faiz artıb.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, 2021-ci ilin 11 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9 milyard 668 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 132 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3 milyard 501 milyon manatı POS-terminallar, 34 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34,8 faizini təşkil edib.