Bank sektorunun xarici öhdəlikləri 91,3 milyon manat azalaraq 1 milyard 21,8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklarla həyata keçirilən repo əməliyyatlarının həcmindəki azalma ilə əlaqədardır.
Qeyd edək ki, cari ilin 11 ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 12 faiz artaraq 22 milyard 743,7 milyon manat təşkil edib.