Prezident İlham Əliyev “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb

2021.12.21 18:18 (UTC+04:00)

“Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının icrası ilə əlaqədar müəyyən edilib ki, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də səlahiyyətli orqan dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

Fərmanla İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn vəzifələri həyata keçirsin.