İlin əvvəlindən bank sektorunun aktivləri artıb

2021.12.21 19:03 (UTC+04:00)

Noyabrın 30-na fəaliyyətdə olan bankların cəmi aktivləri 35 milyard 604,5 milyon manat, cəmi öhdəlikləri 30 milyard 632,4 milyon manat, balans kapitalı 4 milyard 972,1 milyon manat olub.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, ilin əvvəlindən bank sektorunun aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 11,1 faiz, 12 faiz və 5,8 faiz artıb. Cəmi aktivlərin 46 faizi kredit portfelindən ibarətdir.