Ümumi inşaat işlərinin 84,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

2021.12.21 18:33 (UTC+04:00)

2021-ci ilin dekabrın 1-dək olan müddətdə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 60,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 13,2 faizini əsaslı təmir, 6,5 faizini cari təmir, 19,7 faizini isə digər tikinti işləri təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi inşaat işlərinin 84,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.