Cari ilin yanvar-noyabr ayları ərzində magistral neft kəmərləri ilə 32 milyon 53,4 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 75,2 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu ilin 11 ayında bu kəmər vasitəsilə 24 milyon 110,2 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə 3 milyon 212 min ton tranzit nefti də nəql edilib.