Bu il Azərbaycanda ən çox ixrac əməliyyatları noyabrda aparılıb

2021.12.21 17:33 (UTC+04:00)

Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları noyabrda aparılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi noyabr, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, noyabrda ixrac əməliyyatları 2 milyard 951,5 milyon ABŞ dolları, mayda isə 1 milyard 62,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu il ölkədə ixracın dəyəri 19 milyard 800 milyon dollar olub.