Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

2021.12.21 17:10 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Braziliya qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, on bir ayda Rusiyaya 763,7 milyon dollar, Türkiyəyə 587 milyon ABŞ dolları, İsveçrəyə 204,5 milyon dollar, Gürcüstana 143,3 milyon dollar, Braziliyaya isə 70,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.