Yanvar-noyabr aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 6,3 milyon sərnişin daşınıb və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sərnişinlərin 92 faizi avtobus, 8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 4,1 faiz azalıb.