Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

2021.12.21 14:51 (UTC+04:00)

Yanvar-noyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın on bir ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Xorvatiya və Portuqaliya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 8 milyard 152,8 milyon ABŞ dolları, Xorvatiyaya 751,2 milyon dollar, Portuqaliya isə 587,3 milyon dollar təşkil edib.