Ölkəmizdə səfərdə olan Türkiyənin Ticarət Nazirliyinin Beynəlxalq xidmət ticarəti üzrə rəisi Emre Öztellinin rəhbərlik etdiyi nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə KOB sahəsində əməkdaşlığa, yerli və Türkiyə sahibkarları arasında ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, nümayəndə heyətində Türkiyənin Ticarət Nazirliyinin əməkdaşları və Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) üzvləri təmsil olunur.