Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb

2021.12.21 14:22 (UTC+04:00)

Yanvar-noyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 390,4 milyon ABŞ dolları, BƏƏ ilə 40,3 milyon dollar, Səudiyyə Ərəbistanı ilə 16,9 milyon dollar olub. Hər üç ölkə ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünə nisbətən artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 351,2 milyon dollar, BƏƏ-dən 27,7 milyon dollar, Səudiyyə Ərəbistanından isə 13,6 milyon dollar təşkil edib. Hər üç ölkə ilə idxal əməliyyatları artıb.