Cari ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33,4 milyon ton, yük dövriyyəsi isə 7 milyard 931 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 18 milyon 643 min tonu və ya 55,8 faizi avtomobil nəqliyyatı, 11 milyon 9,2 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 784 min tonu və ya 11,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 21,9 faizini və ya 7 milyon 324,4 min tonunu tranzit yüklər təşkil edib.