Bu ilin 11 ayında ölkədə elektrik enerjisi istehsalı artıb

2021.12.21 11:29 (UTC+04:00)

Bu ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 408,9 milyon kVt/saat, ixracı 233,9 milyon kVt/saat, idxalı 10,4 milyon kVt/saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabrda respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 milyon kVt/saat, ixrac 146,1 milyon kVt/saat artıb, idxal isə 0,3 milyon kVt/saat azalıb.

Energetika Nazirliyindən bildirilib ki, cari ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 843,4 milyon kV/saat artaraq 25 milyard 264,8 milyon kVt/saat olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1 milyard 672 milyon kVt/saat artaraq 23 milyard 764,2 milyon kVt/saat, SES-lərdə 180,4 milyon kVt/saat artaraq 1 milyard 193,5 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 9 milyon kVt/saat azalaraq 307,1 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 82,7 milyon kVt/saat, günəş elektrik stansiyalarında 51,9 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 172,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

On bir ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22 milyard 686,5 milyon kVt/saat (İES-lərdə 21 milyard 632,8 milyon kVt/saat, SES-lərdə 1 milyard 53,7 milyon kVt/saat), Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə 418 milyon kV/saat (İES-lərdə 243,4 milyon kVt/saat, SES-lərdə 126,5 milyon kVt/saat, GES-də 48,1 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 60,3 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 2 milyard 100 milyon kVt/saat təşkil edib.

Bu il 11 ay ərzində elektrik enerjisinin ixracı 1 milyard 389,5 milyon kVt/saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 400,5 milyon kVt/saat artıb.

Bu dövrdə elektrik enerjisinin idxalı 141,0 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,3 milyon kVt/saat artıb.