Yaxın 2 ildə pərakəndə ticarətdə elektron ticarətin payı 8 faiz artacaq

2021.12.27 11:31 (UTC+04:00)

2025-ci ilədək dünyada 5 milyard ədəd cihazın internetə çıxışının olacağı gözlənilir. Bunların 40 faizinin 5G texnologiyalarına çıxışı olacaq. Bu barədə “Mastercard”ın biznesin inkişafı üzrə direktoru Mithat Perköz “Rəqəmsal həllər və təhlükəsizlik” adlı tədbirdə açıqlama verib. Onun sözlərinə görə, gələn il 170 ölkədə 5G texnologiyasından istifadəsi mümkün ola bilər.

“Əgər 2019-cu ildə pərakəndə ticarət dövriyyəsində elektron ticarətin payı 14 faiz idisə, 2023-cü ildə bu rəqəm 22 faizə çatacaq. Artıq bir sıra ölkələrdə kart sahibləri kart məlumatlarını etibarlı mənbələrdə saxlayaraq daha sürətli ödəmə üsulunu seçirlər. Məsələn, Avropada olan kart sahiblərinin 74 faizi bu üsuldan istifadə edirlər”.
M.Parköz bildirib ki, “Mastercard” yeni “Masterpass” xidmətini təqdim edib. Hazırda Türkiyədə ödənişlərin 25 faizi bu üsulla edilir. Dünyada isə 59 faiz “Mastercard” sahibləri “Masterpass”dan istifadə edir. Son 1 ildə bu xidmətin istifadəçilərinin sayı 21 faiz artıb.
Təmassız ödənişlərin reallaşmasına gəlincə, M.Parköz yaxın gələcəkdə cihazların bir-biri ilə ünsiyyətinin, eyni zamanda blokçeyn texnologiyalarının actual olacağını vurğulayıb.