İtaliyanın məşhur futbol klubları vergidən yayınmaqda ittiham edilir

2021.12.21 19:17 (UTC+04:00)

İtaliya klubları futbolçularının hüquqlarının əldə edilməsi ilə bağlı sövdələşmələrin tərtibi prosesində fırıldaq yolu ilə vergidən gizlədilmiş məbləğin 70 milyon avro olduğu ehtimal edilir.

“REGNUM” informasiya agentliyinin xəbərinə görə, İtaliyanın Maliyyə Qvardiyasının əməkdaşları Milan futbol agenti Pyetro Kodinin şirkətinin ofisində axtarış aparıblar. Onun futbolçuların hüquqlarının əldə edilməsi ilə bağlı vergidən yayınmaq üçün maliyyə fırıldağına yol verdiyi bildirilir.

Axtarış zamanı ofisdən İtaliyanın 11 futbol klubuna, o cümlədən “Yuventus”, “Milan” və “İnter” komandalarına aid sənədlər götürülüb.