Bu ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 51,8 faizi sənaye, 19,4 faizi isə tikinti sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin dövrdə ümumi vəsaitin 17,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,6 faizi təhsil, 1,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,7 faizi informasiya və rabitə, hər birində 0,5 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,1 faiz olmaqla istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.