Strateji yol xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair çıxışında deyib.
O bildirib ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft sektorunda ÜDM-in artımı 6 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
“Həmçinin qeyri-neft sektoru üzrə ixrac 2015-ci ildə adambaşına 170 ABŞ dollar düşürdüsə, bu il 260 dollara çatıb və deyə bilər ki, bu rəqəm 2025-ci ildə 450 dollara çata bilər”, - deyə icraçı direktoru əlavə edib.