Kənd Təsərrüfatı Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən şəhərə” Yeni il yarmarkası təşkil edib.
Metronun “Gənclik” stansiyasının yanında açılan yarmarkada respublikanın müxtəlif bölgələrindən gəlmiş fermerlər və sahibkarların yetişdirdikləri kənd təsərrüfatı məhsulları satılır. Burada təklif edilən ərzaq və tərəvəz məhsulları münasib olduğu üçün şəhər sakinləri bu məhsulları böyük həvəslə alırlar.
Onu da qeyd edək ki, məhsullar ekoloji cəhətdən təmizdir.
Yarmarka 10 gün davam edəcək.